Bakı. Trend:
İsrail İrana qarşı hücumları artıracaq.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.
“Baş nazir və mən İranın terror rejiminə İsrailin mülki əhalisinə raket atışlarını dayandırmaq barədə xəbərdarlıq etdik. Bu xəbərdarlıqlara baxmayaraq, atışlar davam edir, buna görə də İsrail Müdafiə Qüvvələrinin İrana zərbələri güclənəcək. Bu hücumlar rejimin İsrailin mülki vətəndaşlarına qarşı silahlar istehsal etməsini və işlətməsini təmin edən digər hədəflərə və sahələrə yayılacaq”, – Katz hərbi rəsmilərlə keçirdiyi qiymətləndirmə zamanı deyib.
“İran bu müharibə cinayəti üçün ağır və artan qiymətlər ödəyəcək”, – o əlavə edib.
