...

Gömrükdə yığılan cərimələrin istifadəsində yenilik

Cəmiyyət Materials 27 Mart 2026 16:00 (UTC +04:00)
Gömrükdə yığılan cərimələrin istifadəsində yenilik
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gömrük işi sahəsində əldə edilən vəsait, cərimə və ödənişlərin istifadəsi qaydalarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu, Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Belə ki, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr, gömrük yığımları və haqların (vəsait) 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür.

Yeni qanuna əsasənə həmin vəsait dövlət büdcəsinə köçürülməklə müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə (müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri istisna olmaqla) sərf ediləcək.

Daha əvvəl yuxarıda qeyd edilən istisna Gömrük Məcəlləsində nəzərdə tutulmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti