...

Asiyada yanacaq böhranı məhdudiyyətlərə səbəb olub

Dünya xəbərləri Materials 27 Mart 2026 17:15 (UTC +04:00)
Asiyada yanacaq böhranı məhdudiyyətlərə səbəb olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İsrailin İrana hücumlarından sonra Hörmüz boğazında yaranan məhdudiyyətlər xüsusilə Asiya ölkələrində ciddi enerji böhranına səbəb olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, regionda bir çox hökumətlər yanacağa qənaət üçün iş saatlarını azaldıb, məsafədən iş rejiminə keçib və təhsil müəssisələrini erkən tətilə buraxıb. Hətta böyük ehtiyatlara malik Çin belə yanacaq qiymətlərinin artması fonunda məhdudiyyətlər tətbiq edib.

Filippin hökuməti fövqəladə vəziyyət elan edib. Ölkədə nəqliyyat sektoru ciddi zərbə alıb, sürücülərin gəlirləri kəskin azalıb, bir çoxu fəaliyyəti dayandırıb.

Tailand enerji qənaəti rejiminə keçib, dövlət qurumlarında məsafədən iş tətbiq olunub və kondisioner istifadəsinə məhdudiyyət qoyulub.

Şri-Lanka və Myanma isə yanacaq üçün kart sistemi tətbiq edib. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, gündəlik həyat iflic vəziyyətə düşüb.

Hindistan da böhrandan ciddi təsirlənib. Qaz çatışmazlığı səbəbindən bəzi sənaye sahələri fəaliyyətini dayandırıb, böyük şəhərlərdə restoranların bir hissəsi bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti