Bakı. Trend:
Hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir.
Trend xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin martın 27-si saat 17:00-a olan məlumatına əsasən Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı
40 mm qeydə alınır ki, bu da aylıq normanın 170 faizini təşkil
edir.
28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə
intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı
yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə
subasma halları istisna olunmur. 29-u gündüz saatlarından
yağıntılar tədricən kəsiləcək.
