...

Bakı küçələrini su basdı: yollar gölməçəyə çevrildi (VİDEO)

Gündəm Materials 27 Mart 2026 16:17 (UTC +04:00)
Bakı küçələrini su basdı: yollar gölməçəyə çevrildi (VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtda müşahidə olunan aramsız yağış bir sıra ərazilərdə ciddi fəsadlar yaradıb.

Trend xəbər verir ki, yağış suları şəhərin müxtəlif küçə və prospektlərində toplanaraq hərəkəti çətinləşdirib.

Xüsusilə piyadalar üçün vəziyyət daha da mürəkkəbləşib – səkilərin su altında qalması onların hərəkətinə mane olub.

Bəzi ərazilərdə yağış sularının kanalizasiya sisteminə axıdılmasında çətinliklər yaranıb, nəticədə küçələrdə gölməçələr əmələ gəlib. Sürücülər də su ilə dolu yollarda hərəkət edərkən çətinliklərlə üzləşiblər.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti