...

"Instagram" və "YouTube"dan asılılıqdan şikayət etdi — 6 milyon təzminat aldı

Dünya xəbərləri Materials 27 Mart 2026 17:52 (UTC +04:00)
"Instagram" və "YouTube"dan asılılıqdan şikayət etdi — 6 milyon təzminat aldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də məhkəmə "Meta" və "Google" şirkətlərini sosial şəbəkələrin istifadəçilərdə asılılıq yaratmasına görə məsuliyyətli hesab edib. Qərar presedent sayılır və texnoloji nəhənglər ilk dəfə siqaret istehsalçıları ilə müqayisə olunub.

Trend-in məlumatına görə, iddianı KGM baş hərfləri ilə tanınan qadın qaldırıb. O bildirib ki, uşaqlıqdan "YouTube" və "Instagram"dan istifadə edib, nəticədə depressiya və özünə zərər vermə halları yaranıb.

Məhkəmə qərarına əsasən, "Meta" 4,2 milyon, "Google" isə 1,8 milyon dollar təzminat ödəməlidir. Hakimlər hesab edib ki, şirkətlər məhsulların asılılıq yaratdığını bilsələr də, riskləri gizlədiblər.

Qərarda qeyd olunur ki, problem konkret məzmundan deyil, platformaların mexanizmlərindən — sonsuz ana səhifə, avtomatik video və tövsiyə alqoritmlərindən qaynaqlanır.

Bu iş minlərlə oxşar iddia üçün presedent yaradır və gələcəkdə texnoloji şirkətlərə qarşı məhkəmə dalğasının artacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti