...

ABŞ bazalarının koordinatlarını hamı bilir - Moskva susmadı

Dünya xəbərləri Materials 27 Mart 2026 17:45 (UTC +04:00)
ABŞ bazalarının koordinatlarını hamı bilir - Moskva susmadı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya İranın bölgədəki ABŞ hərbi bazalarına zərbələr endirməsi üçün Tehrana kəşfiyyat məlumatları ötürmür.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putin və onun mətbuat katibi Dmitry Peskov artıq açıqlama veriblər. Lavrovun sözlərinə görə, Moskva ilə Tehran arasında sıx münasibətlər və hərbi-texniki əməkdaşlıq haqqında saziş mövcuddur.

"Biz İrana müəyyən növ hərbi təyinatlı məhsullar tədarük etmişik, lakin Tehrana kəşfiyyat məlumatları ilə kömək etdiyimiz iddiaları ilə razılaşa bilmərik", — deyə o vurğulayıb.

Lavrov əlavə edib ki, bölgədəki ABŞ hərbi bazalarının koordinatları gizli deyil: "Bunu hamı bilir, bu açıq məlumatdır. İranın həmin obyektləri hədəfə alması məni təəccübləndirmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti