Bakı. Trend:
İran Hörmüz boğazından Pakistan bayrağı altında üzən 20 gəminin keçməsinə icazə verib.
Trend-in məlumatına görə, bu barədə Pakistan xarici işlər naziri İshaq Dar "X" sosial şəbəkəsində yazıb.
"Gözəl bir xəbəri sizinlə bölüşməkdən məmnunam: İran hökuməti daha 20 Pakistan bayrağı altında üzən gəminin Hörmüz boğazından keçməsinə icazə verməyə razılıq verib. Boğazdan hər gün iki gəmi keçəcək", - deyə o bildirib.
O əlavə edib ki, bu, sülhün xəbərçisidir və regionda sabitliyə töhfə verəcək. "Bu müsbət bəyanat sülhə doğru atılmış mühüm bir addımı göstərir və bu istiqamətdə birgə səylərimizi gücləndirəcək", - deyə o qeyd edib.
