...

Böyük Britaniyada yanacaq çatışmazlığı müşahidə olunur

Dünya xəbərləri Materials 28 Mart 2026 07:09 (UTC +04:00)
Böyük Britaniyada yanacaq çatışmazlığı müşahidə olunur

Bakı. Trend:

Böyük Britaniyada yanacaqdoldurma məntəqələrində Fars körfəzi regionunda baş verən gərginlik fonunda yanacaq qıtlığı qeydə alınır.

Trend xəbər verir ki, bu barədə “Asda” yanacaq şəbəkəsinin rəhbəri Allan Leyton açıqlama verib.

Onun sözlərinə görə, tələbatın artması mövcud təklifi üstələyir və yaranmış vəziyyət müvəqqəti xarakter daşıyır.

“Problemin aradan qaldırılması istiqamətində iş aparırıq. Təchizat gecikdiyi hallarda belə hallar baş verə bilər. Eyni zamanda qiymətlərin kəskin yüksəlməsi də vəziyyəti çətinləşdirir və müvəqqəti qıtlığa səbəb olur”, – deyə o bildirib.

Leyton qeyd edib ki, hazırda problem yalnız məhdud sayda yanacaqdoldurma məntəqəsində müşahidə olunur və heç bir məntəqədə tam yanacaq çatışmazlığı qeydə alınmayıb.

Bildirilib ki, benzinin qiyməti litr üzrə 1,5 funt sterlinqə (təxminən 3,40 manat) çatıb. Dizelin orta qiyməti isə 1,78 funt sterlinqdən (təxminən 4 manat) yüksəkdir.

Xəbər lenti

Xəbər lenti