...

Böyük Britaniya Ukraynaya 115 milyon avro həcmində maliyyə dəstəyi ayırır

Dünya xəbərləri Materials 28 Mart 2026 02:33 (UTC +04:00)
Böyük Britaniya Ukraynaya 115 milyon avro həcmində maliyyə dəstəyi ayırır

Bakı. Trend:

Böyük Britaniya hökuməti Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə təcili olaraq əlavə 100 milyon funt sterlinq (115 milyon avro) vəsait ayırdığını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Britaniya hökumətinin rəsmi bəyanatında qeyd olunub.

Açıqlamada Britaniyanın müdafiə naziri Con Hilinin sözlərinə istinad edilərək bildirilib ki, bu vəsait Ukraynanın mülki əhalisini, şəhərlərini və mühüm infrastrukturunu Rusiyanın davamlı hücumlarından qorumaq üçün hava hücumundan müdafiə sistemləri ilə təmin olunmasına xidmət edəcək.

Qeyd olunan yardım paketi də daxil olmaqla, Böyük Britaniya son iki ay ərzində Ukraynanın HHM imkanlarının dəstəklənməsi üçün ümumilikdə 600 milyon funt sterlinq (691 milyon avro) vəsait ayırıb.

Xəbər lenti

Xəbər lenti