...

Bakıda kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb

Cəmiyyət Materials 27 Mart 2026 20:22 (UTC +04:00)
Bakıda kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışırlar.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb:

“Nəticədə bəzi ərazilərdə subasma halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitorinq qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir”.

Qeyd edilib ki, aidiyyəti qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti