...

Suriya prezidenti Almaniyaya səfər edəcək

Dünya xəbərləri Materials 28 Mart 2026 01:46 (UTC +04:00)
Suriya prezidenti Almaniyaya səfər edəcək

Bakı. Trend:

Suriya prezidenti Əhməd əl-Şaraa Almaniyaya səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Berlində hökumətin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

Bildirilib ki, Almaniya Kansleri Fridrix Merts bazar ertəsi Suriya prezidentini qəbul edəcək.

Qeyd olunub ki, bu, Əhməd əl-Şaraanın Suriyada hakimiyyətə gəldikdən sonra Almaniyaya ilk səfəridir.

Səfər çərçivəsində suriyalı qaçqınların ölkələrinə geri qaytarılması prosesinin sürətləndirilməsi ilə bağlı Almaniyanın apardığı siyasət barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti