Bakı. Trend:
Rafinya bir aydan çox müddətə sıradan çıxıb.
Trend xəbər verir ki, "Barselona" vingeri Braziliya millisində olarkən budun arxa əzələsindən zədə alıb və klub artıq onun təxminən 5 həftə oynaya bilməyəcəyini açıqlayıb.
Bu səbəbdən o, "Atletiko"ya qarşı 3 oyunu (2-si Çempionlar Liqası, 1-i La Liqa), "Espanyol" ilə derbini, "Selta" və "Xetafe" ilə matçları buraxacaq.
Qeyd edək ki, braziliyalı futbolçunun mayın əvvəlində "Osasuna" ilə oyuna hazır ola biləcəyi ehtimal olunur.