...

ABŞ-nin növbəti mümkün hədəfi Kuba ola bilər - Tramp

Dünya xəbərləri Materials 28 Mart 2026 03:16 (UTC +04:00)
ABŞ-nin növbəti mümkün hədəfi Kuba ola bilər - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Kuba Vaşinqtonun növbəti hədəflərindən biri kimi nəzərdən keçirilə bilər.

Trend xəbər verir ki, o, bu fikirləri Mayamidə keçirilən investisiya forumu zamanı səsləndirib.

“Güclü ordu yaratmışam. Demişdim ki, ondan istifadə etməyə ehtiyac olmayacaq, amma bəzi hallarda istifadə zəruri olur. Bu arada, növbəti Kuba ola bilər”, – deyə o bildirib.

Bununla yanaşı, ABŞ lideri Kuba ilə bağlı mümkün addımların detalları barədə əlavə məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti