Bakı. Trend:
ABŞ administrasiyası hesab edir ki, Kubanın iqtisadi inkişafı üçün ölkənin idarəetmə sistemi yenilənməlidir.
Trend xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bu barədə Fransada keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunları ilə bağlı danışarkən bildirib.
“İdarəetmə sistemi dəyişmədən iqtisadiyyatın dəyişməsi mümkün deyil. Bu, çox sadə məsələdir”, – deyə o qeyd edib.
Rubionun sözlərinə görə, belə dəyişikliklər həyata keçirilmədən Kuba iqtisadi artıma nail ola bilməz.
“Bunun üçün rəhbərlik, dövlətin idarəetmə sistemi və iqtisadi model dəyişdirilməlidir”, – deyə o vurğulayıb.
O, əlavə edib ki, problem konkret şəxslərdə deyil, onun fikrincə, effektiv olmayan mövcud idarəetmə sistemindədir.