...

Hərbi qulluqçuların pul təminatı qaydalarında dəyişiklik edilib

Cəmiyyət Materials 28 Mart 2026 17:10 (UTC +04:00)
Hərbi qulluqçuların pul təminatı qaydalarında dəyişiklik edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hərbi qulluqçuların pul təminatı qaydalarında dəyişiklik edilib.

Trend-in məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Yeni qanuna əsasən, hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi (müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşları, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularına münasibətdə isə yalnız aylıq vəzifə və rütbə maaşı) almaq hüququ var.

Həmçinin, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, habelə müvafiq icra hakimiyyəti orqanının rəhbəri və onun müavinlərindən, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanın rəhbəri, müavini və əməkdaşlarından, habelə müvafiq icra hakimiyyəti orqanında hərbi xidmət vəzifəsində qulluq keçən dövlət qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.

Daha əvvəl yuxarıda qeyd edilən istisnalar qanunda nəzərdə tutulmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti