Bakı. Trend:
“Bavariya”nın futbolçusu Lenart Karl Almaniya millisində debüt edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi yığmanın İsveçrə ilə keçirdiyi yoldaşlıq oyununda ilk dəfə əsas komandada forma geyinib. Qarşılaşma “Sankt-Yakob Park” stadionunda baş tutub və Almaniya millisi 4:3 hesablı qələbə qazanıb.
Karl oyuna ikinci hissədə qoşulub. O, 63-cü dəqiqədə Leroy Saneni əvəzləyib. Həmin anda Almaniya yığması hesabda 3:2 öndə idi.
Qeyd edək ki, Lenart Karl cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.
