Bakı. Trend:
Livandan İsrailin şimalına buraxılan “Hizbullah”a məxsus iki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Bildirilib ki, PUA-lar Hayfa körfəzi də daxil olmaqla, İsrailin şimal bölgələrində həyəcan siqnallarının işə düşməsinə səbəb olub.
xxx
09:30
İsrailin Safed şəhərində və ətraf yaşayış məntəqələrində
xəbərdarlıq siqnalları verilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, siqnalların “Hizbullah”ın raket hücumu ilə bağlı olduğu bildirilir.
Eyni zamanda, Livandan buraxıldığı ehtimal edilən pilotsuz uçuş aparatının hücumu fonunda digər yaşayış məntəqələrində də həyəcan siqnalları eşidilib.
