Bakı. Trend:
İnsanların Aya enişinin 2030-cu ilə qədər reallaşa biləcəyi bildirilir.
Trend xəbər verir ki, bu barədə “SpaceX” şirkətinin prezidenti Qvin Şotuell “Time” nəşrinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Ayda istehsal infrastrukturunun qurulmasında robot sistemlərdən istifadə planlaşdırılır.
“Mən hesab edirəm ki, 2030-cu ilə qədər insanları Ay səthinə endirəcəyik”, – deyə o qeyd edib.