Bakı. Trend:
ABŞ ilk dəfə olaraq Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcı təyyarələrinin satışını həyata keçirməyi nəzərdə tutur.
Trend xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Vaşinqton krallığı NATO-dan kənar əsas müttəfiq kimi tanıyıb və bu çərçivədə silah satışına razılıq verilib.
“İlk dəfə Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışı ilə bağlı razılıq əldə etmişik. Bu təyyarələr son dərəcə güclüdür və biz onları çox məhdud sayda təqdim edirik”, – deyə Tramp vurğulayıb.