...

Yağış səbəbindən Azərbaycanda qatarlar gecikə bilər – Xəbərdarlıq

Cəmiyyət Materials 28 Mart 2026 09:38 (UTC +04:00)
Yağış səbəbindən Azərbaycanda qatarlar gecikə bilər – Xəbərdarlıq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraiti səbəbindən təhlükəsizliyin təmin edilməsi məqsədilə bəzi sahələrdə sürət həddi endirilib və nəticədə qatarların qrafikində qismən gecikmələr ola bilər.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) Trend-ə məlumat verib.

Qeyd olunub ki, hazırda qatarlar ümumilikdə qrafik üzrə hərəkət edir və bütün ərazilərə əməkdaşlar tərəfindən nəzarət edilir.

“Hərəkət iştirakçılarına bu cür havada dəmiryol keçidlərindən istifadə zamanı yüksək səviyyədə diqqətli olmağı və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”, – deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti