Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələrinin "George H.W. Bush" aviadaşıyıcısı Yaxın Şərqdə İran əleyhinə əməliyyatda iştirak üçün göndərilə bilər.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, aviadaşıyıcı ABŞ-nin Yaxın Şərq və Asiyadakı əməliyyatlarına cavabdeh olan Mərkəzi Komandanlıq zonasında yerləşdiriləcək. Mənbələr əməliyyatın məhz İrana qarşı olduğunu qeyd ediblər.
Həmçinin, mənbələr bildiriblər ki, gəmi mart ayının əvvəllərində böyük hərbi əməliyyatlarda iştirak üçün lazım olan hazırlığı tamamlayıb.
ABŞ artıq Yaxın Şərqə "Donald Cook" və "Mason" gəmilərini də göndərib, onlar bu həftə Florida ərazisini tərk ediblər.
Qeyd edək ki, ABŞ-nin bu əməliyyatında daha əvvəl iki aviadaşıyıcı – "Abraham Lincoln" və "Gerald R. Ford" iştirak edib. 12 mart tarixində "Gerald R. Ford" gəmisində yanğın baş verib və o, 23 martda təmir üçün Yunanıstanın Krit adasında yerləşən hərbi dəniz bazasına aparılıb.
