...

"Roma"nın müdafiəçisi Braziliya millisində zədələndi

Maraqlı Materials 28 Mart 2026 17:17 (UTC +04:00)
"Roma"nın müdafiəçisi Braziliya millisində zədələndi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Roma"nın müdafiəçisi Uesli Françasıradan çıxıb.

Trend xarici KİV-ə xəbər verir ki, futbolçu Braziliya milli komandasının Fransa ilə keçirdiyi yoldaşlıq oyununda (1:2) zədələnib.

22 yaşlı sağ cinah müdafiəçisi 71-ci dəqiqədə ayaq əzələləsindən zədə alıb. O, yığmanın düşərgəsini tərk edib və müalicə olunmaq üçün İtaliyaya yollanıb.

Qeyd edək ki, "Roma" Ueslini mövsümün əvvəlində "Flamenqo"dan 25 milyon avroya transfer edib. Futbolçu A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti