...

"Barselona" və "Mançester Yunayted" "Roma"nın futbolçusunu istəyir

İdman Materials 28 Mart 2026 13:09 (UTC +04:00)
"Barselona" və "Mançester Yunayted" "Roma"nın futbolçusunu istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Roma”nın mərkəz müdafiəçisi Obite N'Dika yayda klubunu dəyişə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Mançester Yunayted", "Tottenhem" və "Liverpul" 26 yaşlı kot-d'ivuarlı futbolçunu fəal şəkildə izləyir. "Bavariya" və "Barselona"nın da maraq dairəsində olan müdafiəçinin hansı kluba üstünlük verəcəyi dəqiq deyil.

“Roma" Obite üçün 40-45 milyon avrodan çox təklif edən klubla razılaşacaq. 26 yaşlı futbolçu “Oser” və “Ayntraxt”(Frankfurt) klublarında da oynayıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti