Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və tabeli qurumlar, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır.
Trend bildirib ki, Bakı və Abşeron yarımadasına yağan 104 mm yağıntı aylıq normanın 440 faizini təşkil edir. Yağış sularının idarə olunmasına Operativ Qərargah nəzarət edir, məlumatlar Coğrafi İdarəetmə Sistemi (CİS) vasitəsilə izlənir.
Sukanal idarələrində fasiləsiz fəaliyyət genişləndirilib, xətlər açılır, sular çəkilir və mövcud xətlərə yönləndirilir. Müxtəlif texnika cəlb olunub, ərazilərin yağış sularından təmizlənməsi və kollektorlara yönləndirilməsi işləri davam edir.