...

AFFA-nın daha 7 liqasında oyunlar təxirə salınıb

İdman Materials 28 Mart 2026 22:36 (UTC +04:00)
AFFA-nın daha 7 liqasında oyunlar təxirə salınıb

Bakı. Trend:

AFFA-nın bayrağı altında təşkil edilən U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının Bakı, Sumqayıt, Siyəzən və Zaqatala zonalarında həftəsonu keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, oyunların təxirə salınması qeyri-sabit və yağıntılı hava şəraiti ilə əlaqədardır.

Daha əvvəl U-15, U-16, U-17 və Gənclər Liqasının bu həftəsonuna nəzərdə tutulan matçlarının təxirə salındığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti