...

İraqın hava məkanının bağlı qalma müddəti uzadılıb

Dünya xəbərləri Materials 28 Mart 2026 17:39 (UTC +04:00)
İraqın hava məkanının bağlı qalma müddəti uzadılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İraqın hava məkanının bağlanma müddəti daha 72 saat uzadılıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi qərar qəbul edib.

Məlumata görə, İraqın hava məkanı bütün uçuşlar üçün 72 saat müddətinə bağlı qalacaq. Qərar martın 31-i saat 12:00-dək qüvvədə olacaq. Bu addım müvəqqəti ehtiyat tədbiri kimi, eləcə də təhlükəsizlik vəziyyətinin davamlı qiymətləndirilməsi və regiondakı hadisələrin inkişafı əsasında atılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti