...

Azərbaycanın U-19 millisi seçmə mərhələdə son oyununa çıxıb

İdman Materials 28 Mart 2026 20:42 (UTC +04:00)
Azərbaycanın U-19 millisi seçmə mərhələdə son oyununa çıxıb

Bakı. Trend:

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin I raundunda son oyununa çıxıb.

Trend-in məlumatına görə, B liqasının 6-cı qrupunda yer alan U-19 Litvanın Kaunas şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşıb. “Raudondvario” stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 25-ci dəqiqədə Tuncay Əhmədov vurub.

Qeyd edək ki, Azərbaycanın U-19 millisi ilk oyunda ev sahibi Litvaya 4 cavabsız qolla məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti