Kəlbəcər. Trend:
Kəlbəcərdə baş verən qəza zamanı ölənlərin kimliyi məlum olub.
Trend-in Qarabağ bürosunun xəbərinə görə baş verən qəza zamanı həyatını itirən şəxslərin Tural İsmayılov, Vüsal Məhərrəmov, Elvin İsmayılov olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanıb hadisənin baş vermə səbəbi araşdırılır
xxx
20:51
Kəlbəcər rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə rayonun dağlıq hissəsində qeydə alınıb.
İlkin məlumata görə, şirkətə məxsus yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər hadisə yerində həyatını itirib.
Hazırda həlak olan şəxslərin kimliyi müəyyənləşdirilir. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Hadisənin başvermə səbəbləri, o cümlədən yol şəraiti və texniki nasazlıq ehtimalları araşdırılır.
