...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 28 Mart 2026 15:26 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə "Azeri Light CIF", "Urals" və "Dated Brent" markalı neftin orta qiymətləri artıb, eyni zamanda "Azeri Light FOB Ceyhan" qiymətləri isə azalıb.

Trend-in məlumatına görə, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan “Azeri Light CIF” markalı neftin orta qiyməti keçən həftə ilə müqayisədə 2,1 ABŞ dolları və ya 1,8% artaraq 118,25 ABŞ dollarına çatıb.

Məlumata görə, sözügedən markalı xam neftin maksimum qiyməti bir barel üçün 121,25 ABŞ dolları, minimum qiyməti isə 113,70 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 112,09 ABŞ dolları təşkil edib ki, bu da keçən həftə ilə müqayisədə 0,04 ABŞ dolları və ya 0,04% azdır. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 117,44 ABŞ dolları, ən aşağı qiymət isə 107,24 ABŞ dolları olub.

“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 5,02 ABŞ dolları və ya 6,3% artaraq artaraq, bir barel üçün 84,17 ABŞ dolları olub. Həftə ərzində maksimal qiymət 92,11 ABŞ dolları, ən aşağı qiymət isə 79,72 ABŞ dolları olub.

“Dated Brent” markalı neftin orta qiyməti 113,75 ABŞ dolları olub ki, bu da keçən həftə ilə müqayisədə 2,97 ABŞ dolları və ya 2,7% artım deməkdir. Həftə ərzində maksimal qiymət bir barel üçün 120,51 ABŞ dolları, minimal qiymət isə 109,58 ABŞ dolları olub.

Neft/Qiymət

23.03.2026

24.03.2026

25.03.2026

26.03.2026

27.03.2026

Orta qiymət

Azeri LT CIF

$116.05

$116.00

$113.70

$121.25

$124.24

$118,25

Azeri Light FOB Ceyhan

$110.97

$110.38

$107.24

$114.41

$117.44

$112.09

Urals (EX NOVO)

$79.91

$80.95

$79.72

$88.17

$92.11

$84.17

Dated Brent

$110.05

$111.14

$109.58

$117.49

$120.51

$113.75

Məqalədə:
Xəbər lenti

Xəbər lenti