Bakı. Trend:
Yaxın Şərqdəki böhran yay mövsümünə hazırlaşan Kiprdə turizmə ciddi ziyan vurub.
Trend-in məlumatına görə, bu barədə "Figaro" nəşri xəbər verib.
Məlumata əsasən, martın əvvəllərində ləğv edilmiş rezervasiyaların sayı maksimum həddə çatıb. Bəzi günlər üçün hətta bütün rezervasiyalar ləğv olunub. Son günlərdə vəziyyət nisbətən yaxşılaşsa da, turist sayında azalma ciddi olaraq qalır. Yunanıstanın turizm obyektləri də oxşar vəziyyətlə üzləşib.
Hər 2 ölkəyə əsas turist axını Yaxın Şərq regionundandır. Hava əlaqələrinin kəsilməsi sözügedən regiondan turist gəlişinin demək olar ki dayanmasına səbəb olub.
Yunanıstan və Kiprin büdcəsinin formalaşmasında turizm əsas yerlərdən birini tutur. Bu sektorda geriləmə ÜDM-in azalması və işsizliyin artması ilə nəticələnir. Kipr Mərkəzi Bankının proqnozuna görə Yaxın Şərqdə qarşıdurma 2 ay çəkəcəyi təqdirdə 2026-cı il üçün iqtisadi artım 3 deyil, 2,7 faiz olacaq.