Bakı. Trend:
ABŞ qüvvələri hərbi əməliyyatların başlanğıcından bəri İranda 11 mindən çox hədəfi məhv edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.
Hədəflər arasında 150-dən çox İran hərbi gəmisi məhv edilib və ya zədələnib.
Döyüş əməliyyatlarında çoxsaylı qırıcı təyyarələrin, strateji bombardmançı təyyarələrin, təyyarədaşıyan gəminin, idarə olunan raket esminetslərinin, sualtı qayıqların, "Patriot" zenit-raket sistemlərinin və "Terminal High Altitude Area Defense" (THAAD) raketdən müdafiə sistemlərinin iştirak etdiyi qeyd edilib.
