...

SEPAH ABŞ-dən İran universitetlərinə edilən hücumları pisləməyi tələb edib

Dünya xəbərləri Materials 29 Mart 2026 03:06 (UTC +04:00)

Bakı. Trend:

ABŞ administrasiyası Yaxın Şərqdəki Amerika universitetlərinin İran tərəfindən hücuma məruz qalmasını istəmirsə, Tehran vaxtı ilə 30 mart günorta saatlarına qədər İran universitetlərinə edilən hücumları pisləməlidir.

Trend-in məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında bildirilib.

"İsrail və ABŞ yenidən İranın ali təhsil müəssisələrinə zərbələr endirərək Tehrandakı Elm və Texnologiya Universitetini bombalayıblar. Əgər ABŞ administrasiyası iki universitet istisna olmaqla, regiondakı universitetlərinə hücum edilməsini istəmirsə, onun nümayəndələri 30 mart Tehran vaxtı ilə saat 12:00-a qədər İran universitetlərinə edilən hücumları pisləməlidirlər", - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti