Bakı. Trend:
Bu gün U-17 yığma komandamız Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti matçına çıxacaq.
Trend xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi kollektiv Malta yığması ilə qarşılaşacaq.
Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək oyuna Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Xatırladaq ki, B liqasının 2-ci qrupunda yer alan yığmamız 2 xalla üçüncü pillədə qərarlaşıb.
Milli daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə edib.
