Bakı. Trend:
Portuqaliya futbol millisi Meksika komandası ilə yoldaşlıq oyununda heç-heçə edib.
Trend-in məlumatına görə, Mexikoda keçirilən görüşdə qol vurulmayıb.
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo oyunu buraxmalı olub.
Portuqaliya millisi növbəti oyununu Bakı vaxtı ilə martın 1-nə keçən gecə ABŞ komandasına qarşı keçirəcək.