Bakı. Trend:
İran ətrafında yaranmış gərginlik fonunda Almaniyada dizel yanacağının bahalaşması nəqliyyat şirkətlərinin xərclərini artırıb.
Trend xəbər verir ki, bu barədə Almaniyanın Avtomobil Yük Daşımaları, Loqistika və Tullantıların Utilizasiyası üzrə Federal Assosiasiyasının rəhbəri Dirk Engelhardt açıqlama verib.
Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı əməliyyatının başlanmasından sonra ölkədə dizelin qiyməti hər litr üçün təxminən 40 avrosent yüksəlib. Engelhardt qeyd edib ki, ayda 10 min kilometr yol qət edən bir yük maşını üçün əlavə xərclər təxminən 1,2 min avro, 50 nəqliyyat vasitəsi olan şirkət üçün isə 700 min avrodan artıq ola bilər.
O vurğulayıb ki, bu artım gec-tez istehlak qiymətlərinə də təsir göstərəcək. Ekspert Almaniya hökumətini şirkətləri dəstəkləmək və tədarük zəncirlərinin qorunması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.