...

İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçıları görüşüb

Dünya xəbərləri Materials 29 Mart 2026 20:32 (UTC +04:00)
İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir XİN başçıları görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İslamabadda Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir xarici işlər nazirlərinin dördtərəfli görüşü keçirilib.

Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüşdə əsasən regiondakı gərginliyin azaldılması və ABŞ ilə İsrailin İranla müharibəsi kontekstində diplomatik səylər müzakirə olunub. Dördtərəfli məsləhətləşmələr zamanı XİN başçıları regiondakı vəziyyəti qiymətləndirib və sülh, təhlükəsizlik məsələlərində fikir mübadiləsi aparıblar.

Qeyd edilir ki, hazırda Pakistan İran və ABŞ arasında əsas vasitəçi missiyasını həyata keçirir və bu çərçivədə Türkiyə və Misir də prosesə töhfə verməyə çalışır.

Xəbər lenti

Xəbər lenti