Bakı. Trend:
Almaniyanın Baden-Vürtemberq əyalətinin Kehl şəhərində yerləşən rəqs klubunda gecə saatlarında baş verən yanğın nəticəsində üç nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Yanğın zamanı klubda təxminən 750 nəfər olub.
Polis bildirib ki, səhər saat 03:45 radələrində başlayan yanğın qısa müddətdə bütün binanı bürüyüb.
Hadisə zamanı insanlar vaxtında təxliyə oluna biliblər. Yanğının səbəbi isə hələlik məlum deyil.
