...

Ötən gün ölkədə aşkarlanan silah və narkotikin sayı məlum olub

Cəmiyyət Materials 29 Mart 2026 10:49 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Martın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 alışdırıcı, 8 tüfəng və 100 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 28-də ümumi çəkisi 21,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti