Bakı. Trend:
Yaponiya Hərbi Dəniz Qüvvələrində və Ordusunda xüsusi informasiya müharibəsi bölmələri yaradılıb.
Trend-in məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verib.
Məlumata əsasən, bu bölmələr kibertəhlükəsizlik məsələləri ilə məşğul olacaq və yalan məlumatların yayılmasına qarşı mübarizə aparacaqlar.
Təkcə Hərbi Dəniz Qüvvələrində belə bir bölmənin sayı 3,2 min nəfər olacaq.
Bildirilib ki, paralel olaraq, Yaponiya Milli Kəşfiyyat Agentliyinin tərkibində sosial mediada dezinformasiya ilə mübarizə aparmaq üçün xüsusi bir şöbə yaradılacaq və bu, yayda fəaliyyətə başlayacaq. O, ilk növbədə xarici qüvvələrin ölkədə ictimai rəy formalaşdırmaq və seçkilərin nəticəsinə təsir göstərmək cəhdlərinin qarşısını almalıdır.