Bakı. Trend:
ABŞ bazar günü Yaxın Şərqə dörd dəniz piyadası Korpusunun "F-35C" beşinci nəsil gizli qırıcı təyyarələrindən ibarət daha bir qrup göndərib.
Trend-in məlumatına görə, bu barədə "Military Air Tracking Alliance" (MATA) resursu xəbər verib.
Məlumata əsasən, təyyarələr ABŞ-dan uçduqdan sonra müvəqqəti olaraq yerləşdikləri Böyük Britaniyadakı Leykenxit aviabazasından havaya qalxıb. Döyüş təyyarələri İsrailin Ovda hava bazasına eniş edib.
Qeyd edək ki, bu təyyarələrdən ilk dördü martın 24-ü Yaxın Şərqə yerləşdirilib. Daha iki F-35C təyyarəsi isə İngiltərədə bölgəyə yerləşdirilməsini gözləyir.