Bakı. Trend:
Bərdənin Çəmənli kəndində üç otaqlı ev bütün əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.
Trend-in yerli müxbirinin məlumatına görə, yanğın qaz balonundakı nasazlıq nəticəsində yaranan sızmadan başlayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon yanğınsöndürən briqadası göndərilib. Yanğın operativ şəkildə nəzarətə götürülərək söndürülüb və alovun yaxınlıqdakı tikililərə yayılmasının qarşısı alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
