...

Azərbaycan parataekvondoçuları Antalyada bürünc medallar qazanıblar (FOTO)

İdman Materials 29 Mart 2026 13:40 (UTC +04:00)
Azərbaycan parataekvondoçuları Antalyada bürünc medallar qazanıblar (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın dörd parataekvondoçusu Türkiyənin Antalya şəhərində keçirilən Türkiyə Açıq Beynəlxalq Turnirində fəxri kürsüyə yüksəlib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

K44 kateqoriyasında çıxış edən təmsilçilərimiz uğurlu nəticə göstəriblər. Səmayə Həsənova (47 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və İmaməddin Xəlilov (70 kq) yarışı bürünc medalla başa vurublar.

Xəbər lenti

Xəbər lenti