Bakı. Trend:
Yaxın Şərqdə baş verən qarşıdurma fonunda Fransada yanacağın qiyməti artıb.
Trend xəbər verir ki, bahalaşmaya etiraz olaraq yük avtomobili sürücüləri Lion şəhərində magistralı bağlayıblar.
Onlar hökumətdən qiymət artımına qarşı ciddi tədbirlər görülməsini tələb ediblər. Nəticədə 10 kilometrə çatan tıxac yaranıb. Polisin müdaxiləsindən sonra yol hərəkəti bərpa olunub.
Marn şəhərində isə fermerlər eyni tələblə aksiya keçiriblər.
