...

Azərbaycan stolüstü tennisçiləri Avrasiya Liqasında uğurlu çıxış ediblər

İdman Materials 29 Mart 2026 18:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanın Aktobe şəhərində keçirilən Avrasiya Liqası yarışında inamlı çıxış nümayiş etdiriblər.

Trend xəbər verir ki, gənclərdən ibarət yığma komanda baş məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə mübarizə aparıb.

Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadədən ibarət kollektiv ilk turun altı görüşündən beşində qələbə qazanıb. Yalnız bir oyunda məğlub olan Azərbaycan komandası ümumi nəticələrə əsasən turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Avrasiya Liqasının növbəti turunun görüşləri mayın 28-31-də keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl qadınlardan ibarət yığma da analoji yarışda debüt edib. Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət komanda 8 oyundan 7-də qələbə qazanaraq ilk turun yekunlarına görə ikinci yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti