...

İngiltərədə avtomobil piyadaların üzərinə çırpılıb

Dünya xəbərləri Materials 29 Mart 2026 17:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin Derbi şəhərində avtomobilin piyadaların üzərinə çırpılması nəticəsində yeddi nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə Derbişir polisinin açıqlamasında bildirilib.

Məlumatda qeyd olunur: "Şəhər mərkəzindəki küçədə avtomobilin piyadaları vurması nəticəsində yeddi nəfərin yaralandığını təsdiqləyə bilərik."

Hadisə 28 mart axşamı baş verib. Polis bütün yaralıların xəstəxanaya yerləşdirildiyini və ağır xəsarət almalarına baxmayaraq, həyatlarının təhlükədə olmadığını bildirib.

Hadisə ilə bağlı 30 yaşlarında bir kişi həbs edilib. Onun Hindistan əsilli olduğu müəyyən edilib. Polis açıqlayıb ki, hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir və şübhəlinin motivi ilə bağlı müxtəlif nəzəriyyələr nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti