...

Dağıstanda su basma nəticəsində minlərlə insan təxliyə olunub

Dünya xəbərləri Materials 29 Mart 2026 17:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dağıstanın su basmış rayonlarından 3 338 nəfər, o cümlədən 1 033 uşaq təxliyə edilib.

Trend xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, region ərazisinə yağan güclü yağışlar nəticəsində ilkin olaraq 760 yaşayış evi və 950 həyətyanı sahə su altında qalıb.

Bildirilib ki, əhaliyə yardım göstərilməsi işləri davam etdirilir, vəziyyətin daha mürəkkəb olduğu rayonlara qüvvə və vasitələr operativ şəkildə yönləndirilir. Xilasedicilər sakinləri yüksək keçid qabiliyyətli texnika və üzən vasitələrin köməyi ilə təhlükəsiz ərazilərə çatdırırlar.

Həmçinin, toplanmış tullantıların təmizlənməsi və daşınması üçün əlavə qüvvələr cəlb olunub. Ümumilikdə fəsadların aradan qaldırılmasına 670-dən çox şəxs və 224 ədəd texnika cəlb edilib.

Xəbər lenti

Xəbər lenti