...

Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsini əmr edib

Dünya xəbərləri Materials 29 Mart 2026 21:29 (UTC +04:00)
Netanyahu Livanın cənubunda təhlükəsizlik zonasının genişləndirilməsini əmr edib

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu açıqlayıb ki, Livanın cənubunda İsrail hərbi nəzarəti altındakı təhlükəsizlik zonasının genişləndirilməsi barədə əmr verib.

Trend xəbər verir ki, Netanyahu bu bəyanatı ölkənin şimal sərhədinə səfəri zamanı videomüraciət vasitəsilə verib. Videomaterial Baş nazirin Dəftərxanası tərəfindən yayımlanıb.

Netanyahu bildirib: “Sərhədimizə yönələn hücum və raket atəşi təhlükəsini qəti şəkildə önləmək məqsədilə mövcud təhlükəsizlik zonasının daha da genişləndirilməsini əmr etdim.”

Xəbər lenti

Xəbər lenti