...

“Tottenhem” İqor Tudorla yollarını ayırıb

İdman Materials 29 Mart 2026 20:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqasının iddialı klublarından olan “Tottenhem” növbəti dəfə baş məşqçi böhranı ilə üzləşib.

Trend xəbər verir ki, London təmsilçisi rəsmən İqor Tudorla yollarını ayırdığını açıqlayıb.

Klub rəhbərliyi son dövrlərdə qeydə alınan uğursuz nəticələr və komandanın turnir cədvəlindəki mövqeyindən narazı qaldığı üçün bu qərarı verib. Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Rəsmi açıqlamaya əsasən, müvəqqəti olaraq komandaya məşqçilər korpusunun üzvləri rəhbərlik edəcək. Britaniya mətbuatında isə artıq yeni baş məşqçi postuna namizədlərin adları hallanmağa başlayıb və bir neçə tanınmış mütəxəssisin namizədliyi nəzərdən keçirilir.

Qeyd edək ki, İqor Tudor komandaya fevralın 14-dən rəhbərlik edirdi və Premyer Liqa oyunlarında onun aktivində qələbə olmayıb. Komanda hazırda aşağı liqaya düşmə zonasından cəmi bir xal fərqlə uzaqdadır.

Xəbər lenti

Xəbər lenti