Bakı. Trend:
İngiltərənin “Mançester Siti” futbol klubu yay transfer pəncərəsində heyətini gücləndirmək məqsədilə iki yeni oyunçu üçün böyük büdcə ayırıb.
Trend xəbər verir ki, “Şəhərlilər” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali və “Nottingem Forest”dən Elliot Andersonu transfer etmək niyyətindədir.
Mançester təmsilçisi hər iki futbolçu üçün ümumilikdə 220 milyon avro (440 milyon AZN) ödəməyə hazırdır.
Bildirilir ki, “Nyukasl” maliyyə “feyr-pley” qaydalarına əməl etmək üçün bəzi aparıcı oyunçularını satmaq məcburiyyətində qala bilər. Bu vəziyyətdən yararlanmaq istəyən “Mançester Siti”nin rəsmi təklifi mövsümün sonunda təqdim edəcəyi gözlənilir.
